Dubayda yerləşən dünyanın ən hündür binası Bürc Xəlifə Rumıniyanın milli günü münasibətilə bu ölkənin bayrağının rənglərində işıqlandırılıb.
Bu münasibətlə keçirilən tədbir Rumıniya ilə Birləşmiş Ərəb Əmirliklərinin diplomatik əlaqələrinin 30 ilinə həsr edilib.
Rumıniyanın Dubaydakı baş konsulu Nikoleta Teodoroviç tədbirdə çıxışı zamanı bildirib ki, iki ölkə arasında diplomatik əlaqələr sürətlə inkişaf edir və yüksək səviyyədədir. (AZƏRTAC)