İsrail Baş naziri Benyamin Netanyahu Avropa dövlətlərini ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyə çağırıb.
Bu məlumat Netanyahunun rəsmi saytında yer alıb. O, Avropa dövlətlərinin ABŞ-ın sanksiya siyasətindən yayınmaq üçün atdığı addımlarını utancverici adlandırıb.
Netanyahu Avropanın İranı daha böyük güzəştlərlə razı salmağa çalışdığını da bildirib. Baş nazir Avropa dövlətlərinin İran qarşı təzyiqləri artırması gərəkdiyini söyləyib./axar.az