Rafael Qrossinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru vəzifəsinə təyinatı təsdiqlənib.
Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu gün təşkilatın baş konfransı xüsusi sessiyasında bu barədə müvafiq qərar qəbul edib.
BAEA-nın İdarə Heyəti 30 oktyabrda R. Qrossini təşkilatın baş direktoru təyin edib.
R. Qrossi 2013-cü ilin iyun ayından Argentinanın Vyanada yerləşən beynəlxalq təşkilatlarda daimi nümayəndəsi olub.
O, Latın Amerikadan təşkilata rəhbərlik edəcək ilk şəxsdir.
Argentinalı diplomat dekabrın 3-dən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, BAEA-nın baş direktoru 4 il müddətinə təyin olunur.
Xatırladaq ki, BAEA-nın baş direktoru Yukiya Amano iyulun 22-si vəfat edib.