Xəzər Xəbər

Rusiya qazını Çinə çatdıran boru xətti istifadəyə verilib

Dünya | 14:01 • 2 Dekabr 2019
Rusiya qazını Çinə çatdıran boru xətti istifadəyə verilib

Rusiya Prezidenti Vladimir Putin və ÇXR sədri Si Cinpin "Sibir gücü” (Sila Sibiri) kəməri üzrə Rusiya qazının Çinə çatdırılmasına telekörpü rejimində start veriblər.

Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidentinin icazəsindən sonra "Qazprom”un sədri Aleksey Miller kranın acıdığını elan edib. Bununla da Rusiya qazı Çinin qaz nəqli sisteminə daxil olmağa başlayıb.

"Sibir gücü” qaz kəmərinin ümumi uzunluğu 3000 kilometrdir. Boru kəməri ilə Çinə ildə 38 milyard kubmetr qaz ixracı nəzərdə tutulur.

Xəbər lenti