ABŞ lideri Donald Tramp Fransa Prezidenti Emmanuel Makronın NATO-nun "beyin ölümü” vəziyyətində olmasına dair dediyi sözlərinə bərk qəzəblənib.
Bu barədə ABŞ-ın "Axios” qəzeti adının açıqlanmasını istəməyən yüksək çinli məmura istinadən məlumat yayıb.
"O, (Tramp) artıq uzun müddətdir Makrona qəzəblidir”, – deyə mənbə bildirib.
Başqa bir mənbə isə bildirib ki, Makronun açıqlamaları Trampın NATO-ya daha müsbət yanaşmasına təsir göstərə bilər.
Noyabrın əvvəlində Makron NATO-nun "beyin ölümü” vəziyyətində olduğunu bildirib. Onun fikrincə, Avropa özünü müstəqil bir geosiyasi güc hesab etməyə başlamalıdır.
Tramp Fransa liderinin açıqlamasından məyus olduğunu bildirmişdi./teleqraf