Meksikanın Koauila ştatında "Şimal-şərq karteli” cinayətkarlar dəstəsinin üzvləri ilə bələdiyyə polisi arasında baş verən silahlı insidentdə 21 nəfər həlak olub.
Bu barədə "Reuters” məlumat yayıb.
Qeyd edilib ki, atışma Vil-Yunion bələdiyyəsinin ərazində qeydə alınıb. Belə ki, silahlı şəxslər yaşayış məntəqəsinə daxil olaraq meriyanın binasına hücum etmək istəyiblər.
Nəticədə narkokartelin 10 silahlısı öldürülüb. Daha sonra hadisə yerindən qaçan 7 cinayətkar zərərsizləşdirilib.
Atışmada dörd polis ölüb, hüquq mühafizə orqanlarının 6 əməkdaşı güllə yarası alıb.
Polisə hücumda iştirak edən narkokartel üzvlərinin dəqiq sayı hələ məlum deyil./report