ABŞ-ın energetika naziri Rik Perri vəzifəsindən istefa verdiyini açıqlayıb.
"Report” xəbər verir ki, bu barədə nazir özünün "Twitter" səhifəsində yazıb
"Bu gün Energetika Nazirliyi ilə vidalaşıram. ABŞ prezidenti Donald Tramp adminsitrasiyasında nazir vəzifəsində çalışmaq mənim üçün şərəf idi”.
Ölkənin Energetika Nazirliyinin başçısı vəzifəsinə yeni namizədin adı hələlik naməlumdur.
O, əvvəl qubernator olduğu Texas ştatında işləmək niyyətindədir.