Xəzər Xəbər

İraqın Baş naziri istefa verdi – sözünün üstündə durdu

Dünya | 17:57 • 1 Dekabr 2019
İraqın Baş naziri istefa verdi

İraqın Baş naziri Adel Abdul Mahdi istefa ərizəsini parlamentə göndərib, bu barədə "Sky News Arabia” yazır.

Baş nazirin istefa vermək niyyəti barədə hələ oktyabrın sonlarında məlumat verilmişdi. Dünən isə Abdul Mahdi bildirib ki, ölkədəki ağır şərait və hakimiyyət orqanlarının vəziyyətin öhdəsindən gələ bilməməsi barədə Ali Dini mərcənin (şiə dini orqanı) ismarışını alıb və parlamentdən onun istefasını qəbul etməyini xahiş edib.

"Böhranı dayandırmaq üçün istefa vacibdir”, - Abdul Mahdi Əl-Cəzirə telekanalında yayımlanan çıxışı zamanı bildirib.

Abdul Mahdi parlamentdən ona mümkün qədər tez əvəz seçməyi xahiş edib.

Oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə mövcud problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Nümayişçilərin əsas tələblərindən biri də Baş Nazir Adil Əbdül Mehdinin istefasıdır.

Mitinqlər başlayandan indiyədək polislə toqquşmalarda 400-dən çox insan həlak olub, 15 mindən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb./oxu.az

Xəbər lenti

Çox oxunanlar