"Greenpeace" təşkilatı Rusiya çayları və dənizlərini daha çox çirkləndirən əşyaların adlarını açıqlayıb.
Nəticə Ağ dəniz, Baltik dənizi, Qara dəniz, Oxot, Yapon dənizi və Sakit okeanda aparılan monitorinq sayəsində bəlli olub.
Nəticəyə əsasən Rusiya çayları və dənizlərini əsasən plastik torbalar və siqaret kötükləri çirkləndirir.
Könüllülər monitorinq zamanı 229 mindən çox tullantı yığıb. Zibilin 68,1%-ni plastik torbalar təşkil edib.
Tullantılar arasında şüşələr, nəm salfetlər və müxtəlif qida qabları da olub./publika.az