Xəzər Xəbər

Nur-Sultanda TÜRKPA çərçivəsində gənc parlamentarilərin toplantısı keçirilib

Dünya | 12:41 • 30 Noyabr 2019
Nur-Sultanda TÜRKPA çərçivəsində gənc parlamentarilərin toplantısı keçirilib

Nur-Sultan şəhərində Qazaxıstan Respublikası Parlamenti Məclisi ilə TÜRKPA-nın birgə təşkilatçılığı ilə "Gənclərin dəyərləri və parlament həmrəyliyi” mövzusunda gənc parlamentarilərin birinci toplantısı keçirilib.


AZƏRTAC xəbər verir ki, Qazaxıstan Parlamenti Məclisinin Aqrar məsələlər komitəsinin sədri və TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının sədri Berik Ospanovun moderatorluğu ilə keçən toplantıda quruma üzv ölkələrin parlamentariləri, eləcə də Qazaxıstanın dövlət orqanlarının nümayəndələri iştirak ediblər.


TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov gəncləri ölkələr arasında müxtəlif əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına töhfə verən, parlamentarizm və parlamentlərarası əlaqələrin hərəkətverici qüvvəsi olaraq qiymətləndirib. A.Mamayusupov toplantını türkdilli ölkələrin gənclər siyasəti ilə bağlı ortaq konsepsiyasının formalaşması yolunda ilk addım kimi qeyd edib, tədbirin gənc parlamentarilər arasında ideya və fikir mübadiləsi üçün fürsət yaradacağına ümid etdiyini bildirib.


Tədbir iştirakçıların çıxışları ilə davam edib.


Sonda gənc parlamentarilərin yekun sənədi qəbul olunub.

Xəbər lenti

Çox oxunanlar