Əfqanıstanda baş vermiş partlayış nəticəsində Gilmənd əyalətindəki sərhəd qoşunlarının komandanı həlak olub.
Xezerxeber.az xəbər verir ki, əyalət qubernatorunun nümayəndəsi partlayıcı qurğunun yol kənarında quraşdırıldığını bildirib. Onun sözlərinə görə, insident zamanı, həmçinin təhlükəsizlik qüvvələrinin üç əməkdaşı yaralanıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.