Xəzər Xəbər

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Dünya | 13:12 • 30 Noyabr 2019
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır.


Bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 802 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 274 ədəd azalıb. Beləliklə də, ölkədəki qazma qurğularının sayında ardıcıl 6 həftə azalma müşahidə olunub.


Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd geriləyərək 668 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 218 ədəd azalma qeydə alınıb.


Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd artaraq 131 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 62 ədəd geriləyib.


Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Xəbər lenti