Dekabrın ortalarında Tbilisidə Rus dili və mədəniyyəti mərkəzi açılacaq.
Bu məlumatı jurnalistlərə Rusiyanın Gürcüstan ilə danışıqlar üzrə səlahiyyətli nümayəndəsi, senator Qriqori Karasin verib.
Onun sözlərinə görə, bu mərkəz Rusiya ilə Gürcüstan arasında qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynayacaq.
Qeyd edək ki, dünən Praqada Rusiya ilə Gürcüstan arasında vəziyyətin normallaşdırılmasına dair danışıqların növbəti mərhələsi keçirilib. Danışıqlarda bu məsələ də diqqət mərkəzində olub.