Gürcüstanın Baş Naziri Giorgi Qaxariya noyabrın 30-da Trans-Anadolu (TANAP) qaz boru kəmərinin ikinci hissəsinin açılış mərasimində iştirak edəcək. Bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, G.Qaxariyanı bu tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəvət edib.
Qeyd edək ki, açılış mərasimi Türkiyənin Ədirnə vilayətində keçiriləcək.