Xəzər Xəbər

Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin açılması məsələsi müzakirə edilib

Dünya | 09:12 • 30 Noyabr 2019
Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin açılması məsələsi müzakirə edilib

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun həmvətənlərimizin hüquqlarının qorunması və onlara qarşı törədilən cinayətlərin açılmasına dair göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.


Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov, Daxili İşlər Nazirliyinin səfirliyin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Ukrayna Milli Polisinin rəisi, polis generalı İqor Klimenko ilə görüşərək həmvətənlərimizə qarşı cinayətlər törədənlərin, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Ukraynada yaşayan azərbaycanlılara qarşı törədilən cinayətlər Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən diqqətdə saxlanılır.


İqor Klimenko azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll ediləcəyini diqqətə çatdırıb.


Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar