Xəzər Xəbər

“Hizbullah”ın fəaliyyəti qadağan edilir – Hökumətdən şok qərar

Dünya | 16:44 • 29 Noyabr 2019
“Hizbullah”ın fəaliyyəti qadağan edilir

Livan hökumətinə bağlı "Hizbullah” terror təşkilatının Almaniyadakı bütün fəaliyyətləri qadağan olunacaq.

Bu barədə "Şpigel” qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, bu barədə qərar Almaniya xarici işlər, daxili İşlər və ədliyyə nazirlərinin ötən həftə keçirilən iclasında qəbul edilib. Məsələ ilə əlaqəli yekun qərarın gələn həftə Nazirlər Kabinetinin iclasından sonra açıqlanacağı deyilib.

Qərar qəbul edilsə, Almaniya "Hizbullahı” terror təşkilatı kimi tanıyan növbəti ölkə olacaq.

Qəzet qeyd edir ki, ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenel bundan əvvəl rəsmi Berlini "Hizbullah” terror təşkilatının bu ölkədəki fəaliyyətlərinin qarşısını almağa çağırmışdı./teleqraf

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024