Xəzər Xəbər

Abortla bağlı ŞOK QƏRAR

Dünya | 16:40 • 29 Noyabr 2019
Abortla bağlı

Son dövrdə xüsusilə ABŞ-dakı qadağalarla gündəmə gələn abort mövzusu Slovakiyadan da yan keçməyib.

Ölkədə abort etdirmək istəyən qadınların əməliyyatdan əvvəl ultrasəs müayinəsi görüntülərinə baxmaları və dölün ürək döyüntülərini dinləmələlərini məcburi edən qanun layihəsi səsverməyə çıxarılıb.

Aborta dair reklamları da qadağan edən layihə Avropa miqyasında ilkdir.

İnsan Haqları Təşkilatı, Beynəlxalq Əfv Təşkilatı, Mariya Stops İnterneşnl və Qadınların Etibarlı Abortu Haqqı üçün Beynəlxalq Kampaniyanın da aralarında yer aldığı 30-a qədər qeyri-hökumət təşkilatı layihəyə qarşı çıxır.

Bir-birinə müxalif partiyaların dəstəklədiyi qanun layihəsinin qəbul edilməsi ehtimalı yüksək dəyərləndirilir. "Focus” agentliyinin anketinə görə, slovakların 55,5%-i abortun qadağasına qarşı çıxır, 34,6%-i isə dəstək verir./publika.az

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024