Çinin Şansi vilayətindəki kömür mədənində baş verən partlayışda azı 15 nəfər ölüb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, Pinyao qəzasında yerli vaxtla 13:50-də baş verən hadisə nəticəsində 9 nəfər də müxtəlif dərəcədə bədən xəsarəti alıb. Hadisə baş verən vaxt mədəndə 35 nəfərin olduğu bildirilir.
Hazırda ərazidə axtaırş-xilasetmə işləri aparılır. Ölənlərin və yaralalanların sayının çoxalacağı istisna edilmir.
Hüquq-mühafizə orqanlarının ilkin rəyinə əsasən partlayışa təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.