Suriyanın El Bab şəhərində terror törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Saxlanılan şəxs noyabrın 16-da El Bab şəhərindəki partlayışı törətməkdə şübhəli bilinir.
Qeyd edək ki, PKK və YPG terror təşkilatlarına qarşı keçirilən etiraz aksiyası zamanı baş vermiş partlayış nəticəsində 18 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdı./publika.az