İranda benzinin qiymətinin artmasına qarşı nümayişlər keçirilir.
Noyabrın 15-də iğtişaşlar zamanı bir nəfər ölüb. ABŞ İrandakı bu etirazları dəstəkləyib və nümayişçilərə qarşı güc tətbiq edilməsini pisləyib.
Ağ Evin yaydığı bəyanatda qeyd olunub: "ABŞ İran xalqını ona rəhbərlik etməli olan rejimə qarşı dinc etirazlarında dəstəkləyir. Biz ölümlə nəticələnə bilən güc tətbiq edilməsini və nümayişçilərə qarşı istifadə edilən rabitə mövzusunda sərt məhdudiyyətləri müzakirə edirik"./publika.az