Qrenlandiyanın "Kanqerlussuak” əsas aeroportu növbəti beş il müddətində mülki uçuşların yerinə yetirilməsini dayandırmalı olacaq
Buna səbəb əbədi buzlaqların əriməsidir.
İqlim dəyişikliyi artıq bu aeroportda özünü göstərir. Belə ki, temperaturun yüksəlməsi ilə daim donmuş vəziyyətdə olan ərazilər sürətlə əriyir. Bu, öz növbəsində, uçuş-eniş zolağına da öz təsirini göstərir və ekspertlərin rəyinə əsasən, təyyarələr üçün ciddi problemə və qəzalara səbəb ola bilər./publika.az