Gələn ilin əvvəlindən Belçikanın paytaxtında yerə atılan siqaret kötüyünə görə cərimə 50 avrodan 200 avroya qədər artırılacaq.
"Report" xəbər verir ki, bu barədə Brüssel şəhər meriyası məlumat yayıb.
Qeyd olunub ki, şəhər rəhbərliyi tərəfindən cərimələrin artırılması küçələrdən toplanan zibillərin təxminən üçdə birinin məhz siqaret kötükləri olması ilə izah olunub.
Bildirilib ki, bu tullantılar 15 ilə məhv olur. Belə ki, onların tərkibində bir çox zəhərli maddələr mövcuddur.
Bundan başqa yalnız bir siqaret kötüyü 500 litrə qədər suyu çirkləndirə bilir.