Xəzər Xəbər

Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib

Dünya | 13:43 • 16 Noyabr 2019
Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib

Serbiya Prezidenti Aleksandar Vuçiç ürəyində yaranmış problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Serbiya Prezidentinin Mətbuat xidməti məlumat yayıb. "Prezident Aleksandar Vuçiç noyabrın 15-də axşam saatlarında kardiovaskulyar problemlər səbəbindən Belqraddakı Hərbi Tibb Akademiyasına yerləşdirilib”, - deyə məlumatda bildirilir.


Hələlik 49 yaşlı serb liderinin səhhəti barədə məlumat verilmir. Serbiyanın Müdafiə naziri Aleksandar Vulinin sözlərinə görə, Vuçiç ölkənin rifahı üçün çox çalışır, səhhətini qorumur və həkimlərin məsləhətlərinə əhəmiyyət vermirdi.

Xəbər lenti