Xəzər Xəbər

Şri-Lankada prezident seçkiləri keçirilir

Dünya | 12:56 • 16 Noyabr 2019
Şri-Lankada prezident seçkiləri keçirilir

Şri-Lankada noyabrın 16-da səhər saatlarında prezident seçkiləri başlayıb. Seçkilərdə təxminən 16 milyon seçicinin iştirakı gözlənilir.


Xezerxeber.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 7:00-dan 17:00-dək davam edəcək. Seçkilərin nəticəsi noyabrın 16-da və ya 17-də məlum olacaq.


Prezident seçkilərində 35 namizəd mübarizə aparır. Onların arasında bir qadın, iki buddist rahibi, müsəlman icmasının dörd nümayəndəsi və tamil azlığının iki namizədi var.


Ölkənin hazırkı Prezidenti Maytripala Sirisena ali dövlət postuna yenidən namizədliyini irəli sürməyib. Şri-Lankanın Baş naziri Ranil Vekramasinqh də seçkilərdə iştirak etməyəcək. Prezident postu uğrunda seçkilərdə əsas mübarizənin müxalif Xalq Cəbhəsi partiyasının nümayəndəsi Qotobay Racapaksa və hakim Birləşmiş Milli Partiyanın namizədi Sacit Premadasa arasında gedəcəyi gözlənilir.


Şri-Lanka qanunlarına görə, dövlət başçısı beş illik müddətə seçilir.

Xəbər lenti