Xəzər Xəbər

Avropa İttifaqı Özbəkistanın Dünya Ticarət Təşkilatına daxil olması üçün 5 milyon avro ayırıb

Dünya | 12:19 • 16 Noyabr 2019
Avropa İttifaqı Özbəkistanın Dünya Ticarət Təşkilatına daxil olması üçün 5 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) Özbəkistanın Dünya Ticarət Təşkilatına (DTT) daxil olması üçün 5 milyon avro ayırıb.


AZƏRTAC xəbər verir ki, Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilovla Avrokomissiyanın Beynəlxalq əməkdaşlıq və İnkişaf üzrə baş direktoru Koen Doens tərəfindən "Özbəkistan Respublikasının Dünya Ticarət Təşkilatına daxil olması” və "Aralyanı regionda insanların təhlükəsizliyi üzrə layihələrin maliyyələşdirilməsi” adlı müqavilələr imzalanıb.


Sənədlərdə Özbəkistana DTT-yə daxil olma prosesinə kömək göstərilməsi, lazımi sənədlərin hazırlanması, Dünya Ticarət Təşkilatı və beynəlxalq ticarət sisteminin razılaşmalarına əsasən özbək mütəxəssislərinin ixtisaslarının artırılması nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar