Türkiyədə Aksaray-Ankara magistralının 40-cı kilometrliyində İstanbul-Mersin marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb.
Xezerxeber.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 45 nəfər xəsarət alıb.
Xəsarət alanların doqquzunun vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəzaya səbəb havanın dumanlı olmasıdır.