Xəzər Xəbər

İsveç Mərkəzi Bankı iqlim səbəblərindən dövlət istiqrazlarını satışa çıxarıb

Dünya | 11:06 • 16 Noyabr 2019
İsveç Mərkəzi Bankı iqlim səbəblərindən dövlət istiqrazlarını satışa çıxarıb

İsveç Mərkəzi Bankı Kanada və Avstraliya ştatlarının "iqlim dəyişiklikləri” şərti ilə buraxdıqları dövlət istiqrazlarının satışa çıxarıldığını elan edib.


AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, bu hal ayrıca götürülmüş bir dövlətin əsas bankının iqlim dəyişiklikləri ilə mübarizə üzrə qlobal hərəkata qoşulması sahəsində atılan ilk addımdır.


İsveç Mərkəzi bankının rəhbərinin müavini Martin Floden bildirib ki, apreldə bank Kanadanın Alberta əyaləti tərəfindən buraxılmış dövlət istiqrazlarını satmaq qərarına gəlib. Sonra Avstraliyanın Kvinslend və Qərbi Avstraliya ştatlarının istiqrazları maliyyə bazarında realizə edilib. O, Erebru Universitetində çıxışında əlavə edib: "Biz böyük iqlim fəsadları emitenti ilə buraxılmış aktivlərə maliyyə vəsaiti xərcləmək fikrində deyilik. Avstraliya və Kanada yaxşı iqlim fəaliyyəti ilə fərqlənmir. Bu ölkələrdə adambaşına düşən parnik qazları emissiyası dünyada ən yüksək göstəricilərdən biridir”.


Floden vurğulayıb ki, görülən bu tədbir ötən il bankın idarə heyətinin investisiya qərarlarının qəbul olunmasında dayanıqlıq amilinin nəzərə alınması barədə qərarından sonra həyata keçirilib. "Biz hansısa məqamda iqlim fəaliyyətinə təsir göstərə bilərik. Bu zaman valyuta ehtiyatlarına sərmayə qoyulmasının dayanıqlığı amili nəzərə alınacaqdır. İndi biz bu addımı böyük iqlim fəsadları olan emitentləri nəzərə almadan atırıq”, -deyə bankın sədr müavini qeyd edib.


Qeyd edək ki, Albertanın bitumlu qumu üzrə istehsalat dünyada karbon qazı çirklənməsinin ən əsas mənbələrindən biridir. Avstraliyanın Kvinslend və Qərbi Avstraliya ştatlarında isə planetimizdə ən böyük daş kömür şaxtaları yerləşir.

Xəbər lenti

Çox oxunanlar