Xəzər Xəbər

Türkiyədə hərbi hissədə partlayış baş verib, 17 yaralı var

Dünya | 17:06 • 15 Noyabr 2019
Türkiyədə hərbi hissədə partlayış baş verib, 17 yaralı var

Türkiyənin Şanlıurfa şəhərində hərbi hissənin silah anbarında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.


Xatırladaq ki, ötən gün yerli vaxtla saat 22:50-də güclü partlayış nəticəsində yaranan yanğın artıq nəzarət altına alınıb. Hadisə nəticəsində xəsarət alan 17 nəfərdən biri mülki şəxs, 16-sı isə hərbi qulluqçudur.


Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.


Faktla bağlı təhqiqat aparılır.

Xəbər lenti