Türkiyə təhlükəsizlik qüvvələri ölkə ərazisində daha bir uğurlu antiterror əməliyyatı keçirib.
Xezerxeber.az xəbər verir ki, noyabrın 7-9-da Ağrı vilayəti ərazisində həyata keçirilən bu antiterror əməliyyatında zərərsizləşdirilən 15 terrorçunun şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri Daxili İşlər Nazirliyinin axtarışda olan terrorçular siyahısında yer alan Halis Ersayandır. Onun tapılması üçün böyük məbləğdə vəsait ayrılmışdı. H.Ersayan bir sıra ağır terror aktlarının təşkilində və icrasında ittiham olunur.