Xəzər Xəbər

ABŞ Suriyanın şimalına kürdləri köçürəcək: Ankara razıdır? - Xüsusi səfri

Dünya | 14:54 • 15 Noyabr 2019
ABŞ Suriyanın şimalına kürdləri köçürəcək:

Türkiyənin "Sülh çeşməsi” əməliyyatından sonra qurulması planlaşdırılan təhlükəsizlik bölgəsində bir milyona yaxın qaçqının yerləçdirilməsinə dair Ankaradan bir sıra təminatlar almışıq.

Bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri bildirib.

Xüsusi nümayəndə əlavə edib ki, Şimali Suriyaya o bölgədən gələn qaçqınlar göndəriləcək və bu proses BMT-nin Qaçqınlar üzrə ali Komissarlığının (UNHCR) qayda və şərtləri əsasında həyata keçiriləcək.

Türkiyənin bu məsələdə UNHCR və ABŞ-la əlaqədə olduğunu dilə gətirən xüsusi nümayəndə əlavə edib ki, bu qaçqınlar içərisində 350 min kürd də var: "Kürdlərin bir qismi İŞİD-dən qaçarkən, doğrusunu demək lazımdırsa, bir qismi də PYD/YPG səbəbindən Şimali Suriyadan qaçıb. İndi onlar bölgəyə geri qayıtmaq istəyirlər”.

ABŞ-ın Məzlum Kobani kimi tanınan PKK/YPG terror təşkilatın liderlərindən biri Fərhad Abdi Şahinə dəstəyi haqda suala cavab verən səfir bildirib ki, Amerika şəxsləri və fərdləri dəstəkləmir: "Biz SDF və rəhbərlərinə İŞİD-ə qarşı mübarizədə müvəqqəti ərhələdə dəstək veririk. Suriyada hər hansı bir qrupun gələcəyinə dair analşma olmayıb. Burada əhəmiyyətli olan İŞİD-i tam məğlubiyyətə uğratmaqdır.

Bizim Suriya mövzusunda mövqeyimiz BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına qeyd edildiyi kimi bütün suriyalıları razı salacaq ədalətli və acıq seçkilərdir. Bu mövqeyimizi bölgədə görüşdüyümüz bütün qruplara deyirik. SDG ilə Şimali Suriyada görüşdüyümüz kimi müxalif qruplarla da Oslo və Qahirədə görüşürük”./teleqraf


Xəbər lenti