NATO AVAKS erkən radiolokasiya aşkarlanması təyyarələrini daha müasir texnika ilə əvəz etmək istəyir.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.
Məlumata görə, AVAKS-ları əvəz edəcək texnika ən müasir texnologiyalarla, o cümlədən avtonom sistemlər və süni intellektlə təchiz olunacaq. Əvəzetmə prosesinin 2035-ci ildə aparılması nəzərdə tutulur.
"NATO-nun AVAKS təyyarələri donanması bizim səmadakı gözlərimiz idi”, - Stoltenberq bildirib./axar.az