Pentaqon F-35 proqramı ilə bağlı gözlənilməz açıqlama yayıb.
Açıqlamada proqramın ayrılmaz tərkib hissəsi olan Avtonom Logistik İnformasiya Sisteminin (ALİS) bu qırıcıların manevr imkanlarına, döyüş qabiliyyətinə, bir sözlə tələbatlarına cavab vermədiyi bildirilib.
"ALİS-də baş verən problemləri həll edə bilərik və həll etməliyik”, - deyə vurğulanıb.
Bu səbəbdən proqramda sistem dəyişikliyinin həyata keçiriləcəyi istisna edilmir./axar.az