"Bizim hansısa şəxslərə dəstək vermək kimi bir işimiz yoxdur. Bu, müvəqqəti və taktiki xarakter daşıyan münasibətdir”.
Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.
Diplomat jurnalistlərin ABŞ-ın Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatının lideri Məzlum Kobaniyə dəstəyi dayandırıb-dayandırmayacağı ilə bağlı sualı cavablandırıb:
"Bu dəstək Suriyadakı bu və ya digər qruplaşmanın gələcəyini də göstərmir”./teleqraf