"Anti-İŞİD koalisiyasının avropalı və digər üzvləri bu terror təşkilatının ələ keçirilən üzvlərini təhvil almalı və məhkəməyə çıxarmalıdır”.
Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
Pompeo bildirib ki, koalisiyada təmsil olunan ölkələrin cinayətlərdə məsuliyyət daşıyan minlərlə terrorçunu təhvil alması əsas şərtdir:
"Saxlanılan əcnəbi militanların əksəriyyəti Avropadan gəlib, amma ölkələri onları geri almaq istəmir. Onları məhkəmədə mühakimə etmək İŞİD-in xilafətinin dirilməsi və ideologiyasının yayılmasının qarşısını alacaq”./teleqraf