Boliviyanın yeni Xarici İşlər naziri Karen Lonqarik istefaya getməkdən imtina edən səfirləri vəzifələrindən azad edib.
Bu məlumatı yerli "Razon” qəzeti yayıb. Məlumata görə, Lonqarikin vəzifəsindən azad etdiyi səfirlər sırasında Boliviyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Saşa Lorenti və bu ölkənin Kubadakı səfiri Ariana Kampero da yer alıb.
Qeyd edək ki, Lonqarik bundan öncə siyasi motivlərlə səfir vəzifəsinə təyin edilmiş şəxsləri vəzifəsindən azad edəcəyini bildirmişdi. Lorenti və Kampero isə yeni hökuməti tanımayaraq, istefaya getməyəcəklərini söyləmişdi./axar.az