Afinanın mərkəzində tələbələrin iştirakı ilə etiraz aksiyası keçirilib.
Tələbələr parlament istiqamətində irəliləyiblər. Aksiya iştirakçıları polislərin universitetlərə müdaxiləsinə qarşı etiraz edirlər. Afinanın mərkəzi küçələri etiraz aksiyası səbəbindən bağlanıb, yollarda tıxaclar yaranıb.
İştirakçılar tələblərinin yerinə yetirilməyəcəyi halda, etirazları davam etdirəcəklərini bildiriblər./axar.az