"Konqres üzvləri Rusiyadan "S-400” hava hücumundan müdafiə sistemləri alması ilə bağlı nəzərdə tutulan sanksiya layihəsini qəbul etmək istəmir”.
Bunu ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Cim Riç deyib.
Senatorun sözlərinə görə, indiki məqamda Türkiyəyə sanksiya tətbiq etməmək daha məqsədəuyğundur: "ABŞ Türkiyə ilə münasibətləri qırmaq istəmir, lakin bu sistemlərin alınması dayandırılmalıdır”./Teleqraf.com