Xəzər Xəbər

“Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması

Dünya | 16:03 • 14 Noyabr 2019
“Dünən yaranan bir dövlət…”

"Ermənilər bundan əvvəl ayrı-ayrı yerlərdə köçəri həyat yaşayırdı, Türkiyədə yaşayarkən də köçmək məcburiyyətində qaldılar”.

Bunu ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Amerikalı həmkarı Donald Trampla görüşdən sonra Amerikada yaşayan türklərlə görüşən Ərdoğan qondarma erməni soyqırımından danışıb.

O, Konqresin Nümayəndələr Palatasının qondarma soyqırımla bağlı qətnamə qəbul etməsinə reaksiya verib:

"Ümid edirəm ki, Senat Nümayəndələr Palatasının yol verdiyi xətanı təkrar etməyəcək.

Belə qərarlarla bizə təzyiq edənlər gec-tez öz səhvlərini başa düşəcək. Biz məsələnin tarixçilər tərəfindən qiymətləndirilməsi işini davam etdirəcəyik. ABŞ Senatı 1970-80-ci illərdə diplomatlarımızı və ailələrini qətlə yetirən erməni terror təşkilatlarının qara kampaniyasına təslim olmamalıdır”.

Ərdoğan çıxışında Ermənistanı "dünən yaranan dövlət” adlandırıb:

"Hələ dünən yaranan dövlətdə yaşayanlar (ermənilər) bundan əvvəl köçəri həyat yaşayırdılar, Türkiyədə yaşayanda da köç etmək məcburiyyətində qaldılar. Ermənistan 2009-cu ildə ölkəmizlə protokolları da imzalamaqdan imtina etdi, diasporu da ölkəmizi qaralamaq kampaniyasını davam etdirdi”.

Amerikalı senator Qraham Lindsey Ərdoğan-Tramp görüşündən sonra Nümayəndələr Palatasında qəbul edilən "erməni qətnaməsi”nin Senatda müzakirəyə çıxarılmayacağını açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar