Evo Moralesin istefasından sonra Boliviyanın müvəqqəti prezidenti seçilmiş Janin Anes yeni hökumət qurmağa başlayıb.
Anes hökumətinin yeni Nazirlər Kabinetinə üç qadın daxil olub.
Keçmiş diplomat Karen Lonqariç xarici işlər naziri, Fernando Lopez Xuliyo müdafiə naziri, Xose Luis Parada isə iqtisadiyyat naziri təyin edilib.
Moralesin istefasını tələb edən silahlı qüvvələrin istefada olan rəisi Uilms Kalimanın əvəzinə Karlos Orelyan Sentellas təyin olunub.
Boliviya hökumətində 20 nazir vəzifəsi var və hazırda 11 posta nazir təyin edilib.
Anes hökuməti 90 gündən gec olmayaraq erkən seçkilərə getməlidir./teleqraf