ABŞ-da yaşayan ermənilər dinc aksiya keçirib.
ABŞ Erməni Milli Komitəsi (ANCA) və PKK dəstəkçiləri ötən gecə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ lideri Donald Tramp arasında baş tutan görüş əsnasında Ağ Evin qarşısına toplaşıb.
ANCA-nın rəhbərlik etdiyi aksiyaya Ermənistan Gənclik Federasiyası və PKK-ya dəstəyi ilə tanınan Demokratiya üçün Abş Royava Mərkəzi (ARCDEM) kimi qurumlar da qatılıb.
Aksiyada Yunanıstan bayraqlarının olması diqqət çəkib.
Hadisə yerində olan Anadolu Agentliyi müxbirləri PKK tərəfdarlarının hücumuna məruz qalıb./publika.az