Kembric lüğəti ilin sözü qismində "upcycling”i ("təkrar istifadə”) seçib.
Bu barədə tədris mərkəzinin saytında məlumat verilir.
"Kembric lüğətinin saytında "upcycling” sözünün axtarış sayı onlayn-lüğətə əlavə edildiyi 2011-ci ildən bəri 181%, bu səhifəyə giriş sayı isə iki dəfə artıb”, - deyə məlumatda bildirilir.
"Upcycling” yeni predmetlərin köhnələrdən və ya artıq istifadə olunmuş materiallardan hazırlanması deməkdir./oxu.az