ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda "İqtisadi Klub”da çıxışı zamanı İŞİD-in yeni lideri barədə danışıb.
O, İŞİD-in yeni lideri elan edilən Əbu İbrahim əl-Haşimi əl-Kureyşinin yerini öyrəndiklərini deyib:
"Gözümüz üçüncü adamın üzərindədir. Bu adamın başı bəladadır,çünkionun yerini bilirik. Belə davam etməsək, yenə problemlə üzləşə bilərik”.