İngiltərənin Doliş şəhərində Treysi Atkin yüksək maaşlı işindən imtina edərək, pişiklər üçün tikilən sığınacaqda işə başlayıb.
54 yaşlı Treysi iş stresini atmaq üçün Bella adlı pişik saxlamağa başlayıb.
Pişiyə məhəbbəti o qədər artıb ki, pişiklər üçün sığınacaqda əvvəlcə könüllü olaraq başladığı işdə az məvaciblə, daimi işləməyə qərar verib:
"Pul əsas deyil, əsas olan məmnun olduğun işi görməkdir”, - deyən Treysibu məvaciblə də ildə iki-üç dəfə dünya səyahətinə çıxa bildiyini vurğulayıb.
Təkcə 2018-ci ildə onun işlədiyi xeyriyyə cəmiyyəti Britaniya ərazisində 44 mindən çox vətəndaşın pişiklərə sahib çıxmasına kömək olub.