Xəzər Xəbər

Çindən Çexiyaya yollanan ilk yük qatarı Azərbaycandan keçəcək

Dünya | 10:05 • 19 Oktyabr 2019
Çindən Çexiyaya yollanan ilk yük qatarı Azərbaycandan keçəcək

Qazaxıstan strategiyası "Bir Kəmər - Bir Yol" təşəbbüsü çərçivəsində ölkənin rəqabət qabiliyyətini artırır.


AZƏRTAC xəbər verir ki, Avropa istehlakçıları üçün Çinin Sian şəhərində yüklənən elektrik mallarından ibarət 42 konteyner Aktau limanına çatıb. Yüklər Xəzər dənizi ilə Azərbaycana, oradan Türkiyəyə, Qara dənizdən keçərək dəmir yolu ilə birbaşa Praqaya yollanacaq.


Çindən gələn qırx futluq konteynerlər dəmir yolu ilə, bütün Qazaxıstan ərazisindən cəmi 72 saat ərzində keçib.


Qeyd edək ki, Aktau limanından cari ilin 9 ayı ərzində 467 mindən çox konteyner daşınıb ki, bu da ötən illə müqayisədə 31 faiz çoxdur.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024