Xəzər Xəbər

Ərdoğan: Artıq 120 saatlıq proses başlayıb

Dünya | 15:34 • 18 Oktyabr 2019
Ərdoğan: Artıq 120 saatlıq proses başlayıb

"Dünən ABŞ-ın vitse-prezidenti Mayk Penslə həm iki tərəfli, həm də məhdud tərkibdə görüşlər keçirtdik. Görüşlərin nəticəsində 13 maddəlik ortaq bəyanatı ictimaiyyətə açıqladıq. Artıq 120 saatlıq proses başlayıb”.

Xezerxeber.az-ın Anadolu agentliyinə istinadən xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


Türkiyə Prezidenti bildirib ki, 120 saat ərzində təhlükəsiz bölgənin boşaldılması barədə razılıq əldə olunub.


Ərdoğan gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini xatırladıb.


"Putinlə keçirəcəyim görüşü Suriyanın şimalında əldə edilmiş atəşkəsin bir elementi olaraq görürəm”, - deyə Türkiyə Prezidenti vurğulayıb.


Ərdoğan bildirib ki, Suriyanın şimalında olan qüvvələr hələlik bölgəni tərk etməyəcək.



Xəbər lenti

Çox oxunanlar