10-12 iyun 2020-ci ildə ABŞ-da təşkil olunacaq G7 Liderlər Zirvəsi prezident Donald Trampın Mayamidəki hotelində keçiriləcək.
Ağ Ev rəsmisi Mik Mölvani mətbuat konfransında bu barədə danışıb.
O bildirib ki, növbəti sammitdə iqlim dəyişikliyi məsələsi gündəliyə daxil deyil.
Qeyd edək ki, Donald Tramp iqlim dəyişikliyi məsələsini uydurma hesab edir.
Dünyanın ən böyük 7 iqtisadiyyatını bir araya gətirən zirvəyə ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada qatılır./publika.az