Çin komsosa eksperimental rabitə peyki göndərib.
Bu barədə "Sinxua” agentliyi informasiya yayıb.
Çin Kosmik Texnologiya Akademiyasının ərsəyə gətrdiyi "Long March” (Uzun Yürüş) - 3B raketi ilə Şiçanq Peyk Göndərmə Mərkəzindən yollanan peyk çox bantlı və yüksək sürətli rabitə texnologiyalarının təcrübələrində istifadə olunacaq.
Bu səyahət "Uzun Yürüş” seriyasının 315-ci missiyasıdır.
ABŞ və Rusiyadan sonra daxil olduğu "kosmos yarışında" son dövrdəki sürətli inkişafı ilə diqqət çəkən Çin Ay, Mars və Yupiteri kəşf etmək kimi iddialı layihələri ilə 2045-ci ildə "kosmosun lideri” olmağı hədəfləyir./publika.az