Xəzər Xəbər

"Sülh çeşməsi”: Türkiyəyə qarşı qara piar kampaniyası aparılır - Səfirlik açıqlama yaydı - FOTOLAR

Dünya | 12:42 • 18 Oktyabr 2019
"Sülh çeşməsi”: Türkiyəyə qarşı qara piar kampaniyası aparılır -

Türkiyənin Azərbaycandakı Səfirliyi Suriyanın Fərat çayının şərqində həyata keçirilən "Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı (Barış Pınarı) bəzi sosial mediada yer alan görüntülərlə bağlı açıqlama yayıb.


Səfirlikdən xezerxeber.az-a daxil olan açıqlamada qeyd olunur ki, terror tərəfdarları və onları dəstəkləyən media orqanları "Sülh çeşməsi” antiterror əməliyyatı ilə bağlı Türkiyəyə qarşı qara piar kampaniyası aparırlar. Qaralama kampaniyası çərçivəsində Türkiyə ordusunun guya ötən gün kimyəvi silahdan istifadə etdiyi iddiası ortaya atılıb. Məlumatda qeyd edilir ki, paylaşılan görüntülər həqiqəti əks etdirmir və iftira xarakteri daşıyır. Qeyd olunur ki, həmin görüntülər Suriyadakı rejim güclərinin dinc əhalini və İsrailin Qəzzanı vurduğu anlara aiddir. 


Mövzu ilə bağlı fotoşəkilləri təqdim edirik.

Xəbər lenti