Xəzər Xəbər

Çin iqtisadiyyatı yanvar-sentyabrda 6,2 faiz artıb

Dünya | 09:12 • 18 Oktyabr 2019
Çin iqtisadiyyatı yanvar-sentyabrda 6,2 faiz artıb

Çində bu ilin 9 ayında ümumi daxili məhsul (ÜDM) ötən ili müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 69,78 trilyon yuana (təxminən 9,87 trilyon ABŞ dolları) çatıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu məlumat yayıb.


Bildirilir ki, ÜDM-nin ilin 3-cü rübündə qeydə alınan artım tempi 6 faiz olub. Bu, ilin birinci və ikinci rübü üzrə olan rəqəmlərdən (müvafiq olaraq 6,4 və 6,2 faiz) az olmaqla yanaşı, 1992-ci ildən bəri ən aşağı rüblük artım tempidir.

Xəbər lenti