ABŞ prezidentinin müşaviri Mayk Pensin rəhbərlik etdiyi diplomatik heyətin Türkiyəyə rəsmi səfəri başlayıb.
ABŞ heyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gedib.
Ərdoğan onları Prezident Sarayında qəbul edəcək. Görüşün müzakirə mövzusu Suriya böhranı və "Sülh çeşməsi" hərəkatı ilə bağlıdır.
Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Müşaviri Robert O'Brayn dünən Ankaraya gedib və Xarici işlər naziri Mövlud Çavuşoğlu, , Milli Müdafiə naziri Hulusi Akar və prezidentin sözçüsü İbrahim Kalın ilə görüşüb.
Xatırladaq ki, Ərdoğan ötən gün "Skay News” telekanalının müxbirinə açıqlamasında Pens və O'Brayn ilə görüşməyəcəyini, yalnız Donald Tramp gələrsə, onunla görüşə biləcəyini demişdi./publika.az